Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26220
az

“Ağ ev”in aparat rəhbəri isə karantinə alındı

11:3911 Mart, 2020
398
DÜNYA
  • A

Amerika Birləşmiş Ştatlarında da koronavirus əsas təhlükə mənbəyi hesab olunur. Lakin prezident Donald Tramp Covid-19 testindən keçməkdən imtina edib.

 

“Ağ ev”in mətbuat katibi Stefani Qrişem bildirib ki, Tramp virusa yoluxmuş şəxslərlə uzun müddət təmasda olmadığından, onda koronavirusla bağlı heç bir simptom yoxdur. “Prezident Tramp əvvəlki kimi özünü yaxşı hiss edir və şəxsi həkimi onun səhhətinə daim nəzarət edir” – deyə, Qrişem bildirib. Lakin ABŞ prezidentindən fərqli olaraq, “Ağ ev” aparatının yeni rəhbəri Mark Medouz koronavirus daşıyıcı ilə təmasda olduğuna görə karantinə alınıb.

 

Məsələ burasındadır ki, Medouz 10 gün əvvəl Merilend ştatında keçirilən konfransda virusa yoluxmuş şəxslə təmasda olub.

"Hələlik onda heç bir simptom aşkarlanmayıb, lakin həkimlər standart ehtiyat tədbirlərinə əsasən, 14 gün müddətinə karantin təyin ediblər”, - deyə məlumatda bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb