Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2619
az

ABŞ-ın qorxulu “Böyük Ermənistan” projesi – sensasion iddia

10:5705 İyun, 2018
3432
SİYASƏT
  • A
 Ermənistanın yeni baş naziri Nikol Paşinyanın çevriliş nəticəsində hakimiyyətə gəlişindən təxminən bir ay ötür. Hələ ki o, daha çox öz komandasını formalaşdırmaqla məşğuldur. Bu komanda isə artıq yazdığımız kimi, əsasən qərbyönlü kadrlardan, “Amerikanın uşaqları”ndan qurulur. Hərgah, gizli-açıq qərbçi olan N.Paşinyan Rusiya ilə strateji müttəfiqliyə və öhdəliklərə sadiq qalacağını söyləməkdə də davam edir.

Aydın məsələdir ki, erməni baş nazir öz “ayağının altını” möhkəmlədənə, yəni komandasını qurub qurtarana, yeni seçkilərlə parlamentdə öz tərəfdarlarının üstünlüyünü təmin edənə və ABŞ-dan minimum iqtisadi-maliyyə və siyasi zəmanətlər alanadək Rusiyanı qıcıqlandırmayacaq. Ancaq bu, müvəqqətidir və enində-sonunda o, mütləq Ermənistanı Rusiyanın orbitindən çıxarmaq qərarı verəcək. Verməli olacaq, çünki bunu ondan onu hakimiyyətə gətirmiş Qərbin böyük siyasi və maliyyə sponsorları tələb edəcəklər. Hər halda, dünyada elə bir məmləkət yoxdur ki, eyni zamanda həm Vaşinqtonun, həm də Moskvanın yaxın, strateji müttəfiqi olsun...

*****

Rusiyalı tanınmış analitik və tarixçi alm Oleq Kuznetsov hesab edir ki, Rusiyadan qopmaq üçün Nikol Paşnyana 3 il tamamilə bəs edə bilər. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün Vesti.az saytındakı təhlili məqaləsində yazıb.

“Bu 3 il onun özü və tərəfdarları üçün yetərlidir ki, bu müddətdə erməni ictimai şüurunu təzədən formatlaşdırıb Rusiya ilə əlaqələrin qırılmasına hazırlasınlar. Bundan ötrü Paşinyanın əlindəki təbliğat kozırı qədərindən də güclü görünür: ”Gürcüstan o vaxt üçün (2021 - red.) NATO-nun üzvü olacaq, növbədə bizik. ABŞ-ın protektoratı altında “Böyük Ermənistan” daha bir addım bizə yazın olacaq". Düşünmürəm ki, bu gün kimsə belə təbliğatın uğuruna və Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasının zəruriliyinə şübhə edəcək “ - politoloq yazıb.

Analitikin sensasion iddiasına görə, “Böyük Ermənistan”ın yaradılması ideyası tarixi baxımdan nə qədər absurd olsa da, bu gün artıq ABŞ-a çox gərəklidir: “İlk növbədə də bu, özünün əsas rəqiblərinə, düşmənlərinə və sözəbaxmayan müttəfiqlərinə siyasi təsir aləti kimi lazımdır. Söhbət Rusiyadan, İrandan, Türkiyədən və Azərbaycandan gedir - hansı ölkələr ki, onlardan ötrü absurd ideyanın gerçəkləşməsi ciddi ərazi itkisi təhlükəsi vəd edir. Ermənistanın ABŞ-a təslim edilməsi cənublu-şimallı bütöv Qafqazın hərbi-siyasi silkələnmə regionuna çevrilməsini vəd edir”.

Fikirlərinə davam edən təhlilçi yazır: “O halda Krasnodar və Stavropol diyarlarında, Rostov vilayətində, ermənilərin üstünlük təşkil elədiyi ayrı-ayrı inzibati rayonlarda Rusiya erməni siyasi separatçılığı və gizli terrorçuluğu təhlükəsi ilə üzləşəcək. Bu isə öz növbəsində şübhəsiz ki, Rusiyanın hərbi-siyasi potensialını zəiflədəcək - hərgah, o, öz ərazi bütövlüyünü saxlayacaq. İran Urmiya, Salmaz və digər şimal-qərb vilayətlərində Ermənistanın iddiaları ilə üzləşəcək - şimalda İrana qarşı cəbhə açılmasının mükafatı olaraq. Ermənistanın Türkiyənin şimal-şərq regionlarına - Ərzurum və Trabzondan tutmuş, Hakkari və Diyarbəkirə ərazi iddiaları isə yüz ildir bütün dünyaya məlumdur.

Azərbaycana gəlincə, o, Qarabağ müharibəsi nəticəsində artıq öz ərazisinin 1/5-ni itirməklə yanaşı, Naxçıvanı itirmək riski ilə də üzləşə bilər. Başqa sözlə, hələlik Ermənistana siyasi nəzarət imkanı əldə edən ABŞ onun qonşularına çox ciddi siyasi təsir aləti qazanıb. Gürcüstan NATO-ya üzv olandan sonra isə Ermənistanın da alyansa yolu açılacaq və Amerika siyasi təsirinə hərbi komponent əlavə olunacaq və bölgədə güclərin konfiqurasiyası kardinal şəkildə dəyişəcək”.

Müəllifə görə, qeyd edilən təhlükəyə qarşı adçəkilən 4 ölkə indidən tədbir görməlidir. “Onlar ən əvvəl belə bir suala cavab tapmalıdırlar ki, açıq-aşkar amerikayönlü olan ”Böyük Ermənistan" ideyasının yaranmasına necə reaksiya verəcəklər? Tamamilə aydındır ki, bunun baş verməsinə qarşı preventiv tədbirlər xeyli öncədən, yəni bu il, yaxud uzağı, gələn il hazırlanmalıdır", - deyə analitik xəbərdarlıq edib.

Analitikin fikrincə, artıq bu gün Rusiya və İran ticari formada öz gizli rəqibinə - Ermənistana əmtəə şəklində pul buraxmaqdan imtina eləməlidir: “Özü də bunu eyni vaxtda etməlidir ki, NATO-ya potensial üzv maksimum maddi zərər görsün - Alyans özü ora resurslar göndərənə kimi. Buna paralel, 3 ölkə Azərbaycan hökumətinə özünün ərazi bütövlüyün bərpa eləmək və ”Artsax" adlı yeni terror törəməsini məhv eləmək üçün ən qəti və inandırıcı zəmanət verməlidir. Bu, Ermənistana və “Böyük Ermənistan” ideyasına sarsıdıcı mənəvi-siyasi və hərbi-siyasi zərbə olacaq və yarasız ideya kimi “Böyük Ermənstan”dan imtinaya gətirəcək".

*****

Bu, əlbəttə ki, bir rusiyalı siyasi təhlilçinin Ermənistanda gedən son proseslərə bağlı baxış bucağı, gözləntiləri və proqnozudur. Onları 100% qəbul eləmək də olar, eləməmək də. Ancaq nəzərə almaq, bizcə, vacib və qaçılmazdır. Çünki söhbət son iki əsrdə öz maraqları və yalanları naminə yad qucaqları dəyişməyə vərdiş eləmiş namərd qonşularımızdan gedir. Yaxşı ki, Rusiyada da erməni satqınlığının mümkünlüyünü anlamağa başlayıblar. Pis gəlişmə deyil... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda etiraz aksiyalarının 7-ci günü: Rustavelli bağlandı
Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib