Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2606
az

Aytən xalqdan üzr istədi: "Bu müqəddəs ayda məni bağışlayın"

18:5204 İyun, 2018
1242
ŞOU-BİZNES
  • A
 Maşın” realiti-şousunda aparıcılar Aytən Səfərova ilə Mətanət Əliyeva arasında yaşanan qalmaqal yenidən alovlanıb.

OXU24.COM-un məlumatına görə, bir neçə gün əvvəl Aytən səsverməyə çıxıb və hər kəs Mətanəti uzaqlaşdıracağını gözləsə də, o, bunu etməyib.

Bu gün A.Səfərovanın "Instagram” səhifəsində müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, Aytən həmkarını şoudan uzaqlaşdırmadığı üçün peşman olub:

"Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”

Qeyd edək ki, A.Səfərova səsvermə zamanı yüksək səs toplasa da, Mətanəti uzaqlaşdırmayıb. Əvəzində isə aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. Onun bu addımı sosial şəbəkələrdə tənqid edilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
İlkin Həsənidən Azərlə bağlı AÇIQLAMA: "Bu gecə son gecədir"
Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı