İsmayıllı rayonuna icra başçısı təyin olunmağım gözəl hissdir.
Oxu24.com xəbər verir ki, bunu azvision.az -a açıqlamasında İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov deyib.
O bildirib ki, İsmayıllı rayonunda gözəl işlər həyata keçirəcək.
“İsmayıllı rayonu haqqında ancaq gözəl məlumatlar yayılacaq. Rayon hər zaman aktiv olacaq. Rayonda yeniliklər olacaq və daha da inkişaf edəcək”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR