Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25796
az

Təhlükə BÖYÜYÜR: Koronavirus mutasiyaya uğradı

12:3805 Mart, 2020
555
DÜNYA
  • A

70-dən çox ölkəyə yayılan və dünyada 3200-dən çox insanın ölümünə səbəb olan koronavirus (COVID-19) iki alt növə mutasiya edib.

Oxu24.com  xəbər verir ki, çinli alimlər belə bir açıqlama ilə çıxış ediblər.

Onların sözlərinə görə, “L” və “S” alt tipləri adlanan yeni növlər coğrafi paylanması və insanlar arasında yayılması baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Alimlər düşünürlər ki, fərqli alt tiplərini öyrənməklə müalicələrə fərqli yöndə yanaşmaq və beləliklə, yeni növ sətəlcəmin yayılmasının qarşısını almaq mümkün olacaq.

Onlar bildiriblər ki, “S” alt növü nisbətən qədim versiyadır, ancaq “L” alt tipi daha yoluxucu və daha “aqressiv”dir.

Tədqiqat Çin Elmlər Akademiyasının sponsorluğu ilə hazırlanan “National Science Review” jurnalında dərc edilmiş “SARS-CoV-un mənşəyi və davam edən təkamülü” başlığı altında nəşr edilib.

Araşdırmanın müəllifləri Pekin Universitetinin Həyat Bilgisi Məktəbinin Bioinformatika Mərkəzindən tədqiqatçı Lu Jian və Çin Elmlər Akademiyasının Şanxay Pastor İnstitutundan tədqiqatçı Cui Jiendir.

Elm adamları yeni mutasiyaların da yarana biləcəyini əlavə edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb