Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25634
az

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

16:5103 Mart, 2020
509
SİYASƏT
  • A

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə bağlı valideynlərə müraciət edib. 

Oxu24.com   nazirliyin "Telegram" səhifəsinə istinadən məlumat verir ki, valideynlərdən təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə (3-9 mart) bir sıra tövsiyələri nəzərə almaqları xahiş olunub.

Tövsiyələr aşağıdakılardır:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib
"Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi" - İlham Əliyev
Horovlu kəndinə köç nə vaxt olacaq? - Dövlət başçısı açıqladı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var