Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2557
az

Göyçayda körpü dağılıb, evlər uçmaq təhlükəsi qarşısındadır

09:0003 İyun, 2018
1303
CƏMİYYƏT
  • A
Göyçay rayonuna yağan güclü leysan yağışlar fəsadlar törədib.

Nəticədə, dünən günorta saatlarından etibarən Göyçay çayı üzərindəki nəqliyyat körpüsü yuyularaq yararsız vəziyyətə düşüb.

Tədricən axşama doğru proses daha da fəallaşıb. Göyçay-Qaraməryəm avtomobil yolu üzərində yerləşən körpünün istifadəyə yararsız vəziyyətə düşməsi ilə əlaqədar oradan avtomobilərin hərəkəti tamamilə dayandırılıb. Hazırda Bərgüşad istiqamətində alternativ yollardan istifadə olunur.

Ölkənin əsas magistral yollarından biri üzərində yerləşən körpü qəzalı vəziyyətdə olsa da, tamamilə dağılmayıb. Baş vermiş vəziyyətlə əlaqədar rəsmi qurumlar tərəfindən araşdırmalar aparılararaq müvafiq addımlar atılır.

Sakinlərin "OXU24.COM"a verdiyi məlumata görə, çayın sahilinə yaxın yaşayan bəzi sakinlər yaranmış təhlükəyə görə evlərini tərk ediblər. Onların sözlərinə görə, çayın yaxınlığındakı bəzi evlərin uçma təhlükəsi var.

Sel suları təsərrüfata və meyvə ağaclarına ciddi ziyan vurub. Bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.

*   *   *20:40 (02.06)

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindəki körpü 7 saatdır bağlıdır.

Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.

Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub.  Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək yeyərkən telefondan istifadə edənlərə bəd xəbər
Bu insanlar yata bilmirlər
Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Mingəçevirdə 36 yaşlı kişi    yeniyetməni     döydü