Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25534
az

Dünya şokdadır: Türkiyə Rusiyanın "S-300"-lərini vurdu - MÜHARİBƏ ALOVLANIR

15:4002 Mart, 2020
1101
DÜNYA
  • A

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı davam edir.

Redaktor.az xəbər verir ki, Türkiyə ordusu Suriyanın hava hücumundan müdafiə sistemilərinin böyük hissəsini sıradan çıxarıb.

Vurulan hədəflər sırasında Həma şəhərində yerləşdirilmiş Rusiya istehsalı olan "S-300" raketlərinin də olduğu iddia edilib.
Türkiyə ordusunun əsas gücünü yerli istehsal olan piotsuz uçuş aparatları - SİHA təşkil edir

“Türkiyə ordusu əsas üstünlüyü hava zərbələrinə verib. Və bu hava zərbələri pilotsuz zərbə, pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir. Bu istiqamətdə Türkiyə son 10 ildə böyük üstünlüklər əldə edib. Suriya ordusu üçün təhükə yaradan əsas texnika yerli istehsal olan pilotsuz uçuş aparatlarıdır (SİHA). Bu aparatların fəaliyyəti artıq suriyalıların da, ərazidə hərbi bazaları mövcud olan ruslarların da narahatlığına səbəb olub”. 

Bu fikirləri hərbi-siyasi icmalçı Ramil Məmmədli  İdlib döyüşlərini şərh edərkən Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, döyüşlərdə müəllifi Cənubi Koreya olan, daha sonra Türkiyədə isehsal olunan  “K9 Thunder” özüyeriyən artileriya qurğularından istifadə edilir:

“Həmin hərbi texnika 30-40 km dərinlikdə düşmənin hədəflərini darmadağın edə bilir. Həmçinin, reaktiv yayılım atəş sistemlərindən istifadə etməklə, Türkiyə, düşmən mövqelərini məhv etmək gücünə malikdir. Quru qoşunlarında da  yerli istehsal olan zirehli transpartyorlardan istifadə olunur. İlk dəfə olaraq mərmi daşıyan pilotsuz uçuş aparatı da istifadə  edilir”.  
Ramil Məmmədli qeyd edib ki, Rusiya silahlarını zəif qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq, həmin silahların Suriyada imkanları və dislokasiya yerinin hansı formada olması əsas rol oynayır:  

“Bu məsələ bir qədər fərqlidir. Əgər söhbət tanklardan gedirsə, hər hansı bir tankın pilotsuz uçuş aparatına qarşı mübarizə apara biləcəyi inandırıcı deyil. Həm də dəqiq demək mümkün deyil, son dövrlər Rusiya Suriyanı hansı silahlarla təmin edib”.
Pilotsuz uçuş aparatlarının qarşısında aciz qalan Rusiya hərbi texnikasına münasibət bildirərkən, o qeyd edib ki, Azərbaycanın Rusiyadan bu qədər çox silah almasının tərəfdarı deyil:

“Birmənalı olaraq demək olmaz ki, Rusiyanın hərbi texnikası zəif və ya güclüdür. Lakin 60-cı illərdə Suriya-İsrail müharibəsində də SSRİ-nin verdiyi silahlar, texnika özünü doğrultmamışdı. Hətta hava hücumundan müdafiə sistemi belə Suriya aviasiyasının qarşısında zəif qalmışdı. Ötən il də İsrailin pilotsuz uçuş aparatı, "S-300 PMU2 Favorit" zenit raket kompleksini məhv etmişdi".

 

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı davam edir. Redaktor.az xəbər verir ki, Türkiyə ordusu Suriyanın hava hücumundan müdafiə sistemilərinin böyük hissəsini sıradan çıxarıb. Vurulan hədəflər sırasında Həma şəhərində yerləşdirilmiş Rusiya istehsalı olan "S-300" raketlərinin də olduğu iddia edilib. Türkiyə ordusunun əsas gücünü yerli istehsal olan piotsuz uçuş aparatları - SİHA təşkil edir “Türkiyə ordusu əsas üstünlüyü hava zərbələrinə verib. Və bu hava zərbələri pilotsuz zərbə, pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir. Bu istiqamətdə Türkiyə son 10 ildə böyük üstünlüklər əldə edib. Suriya ordusu üçün təhükə yaradan əsas texnika yerli istehsal olan pilotsuz uçuş aparatlarıdır (SİHA). Bu aparatların fəaliyyəti artıq suriyalıların da, ərazidə hərbi bazaları mövcud olan ruslarların da narahatlığına səbəb olub”. Bu fikirləri hərbi-siyasi icmalçı Ramil Məmmədli İdlib döyüşlərini şərh edərkən Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, döyüşlərdə müəllifi Cənubi Koreya olan, daha sonra Türkiyədə isehsal olunan “K9 Thunder” özüyeriyən artileriya qurğularından istifadə edilir: “Həmin hərbi texnika 30-40 km dərinlikdə düşmənin hədəflərini darmadağın edə bilir. Həmçinin, reaktiv yayılım atəş sistemlərindən istifadə etməklə, Türkiyə, düşmən mövqelərini məhv etmək gücünə malikdir. Quru qoşunlarında da yerli istehsal olan zirehli transpartyorlardan istifadə olunur. İlk dəfə olaraq mərmi daşıyan pilotsuz uçuş aparatı da istifadə edilir”. Ramil Məmmədli qeyd edib ki, Rusiya silahlarını zəif qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq, həmin silahların Suriyada imkanları və dislokasiya yerinin hansı formada olması əsas rol oynayır: “Bu məsələ bir qədər fərqlidir. Əgər söhbət tanklardan gedirsə, hər hansı bir tankın pilotsuz uçuş aparatına qarşı mübarizə apara biləcəyi inandırıcı deyil. Həm də dəqiq demək mümkün deyil, son dövrlər Rusiya Suriyanı hansı silahlarla təmin edib”. Pilotsuz uçuş aparatlarının qarşısında aciz qalan Rusiya hərbi texnikasına münasibət bildirərkən, o qeyd edib ki, Azərbaycanın Rusiyadan bu qədər çox silah almasının tərəfdarı deyil: “Birmənalı olaraq demək olmaz ki, Rusiyanın hərbi texnikası zəif və ya güclüdür. Lakin 60-cı illərdə Suriya-İsrail müharibəsində də SSRİ-nin verdiyi silahlar, texnika özünü doğrultmamışdı. Hətta hava hücumundan müdafiə sistemi belə Suriya aviasiyasının qarşısında zəif qalmışdı. Ötən il də İsrailin pilotsuz uçuş aparatı, "S-300 PMU2 Favorit" zenit raket kompleksini məhv etmişdi".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Londonda güclü partlayışlar baş verdi -VİDEO
İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var