Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2545
az

36 yaşlı Salyan sakini öz qardaşı tərəfindən bıçaqlandı - günahı inəyin boynuna atdı

22:5002 İyun, 2018
982
KRİMİNAL
  • A
Ötən gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu24..COM virtualaz.org-a istinadən bildirir ki, dünən axşam saatlarında rayonun Sarvan kəndinin 36 yaşlı sakini Amid Fərəc oğlu Əsədov sağ sağrı nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində daxili qanaxma ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Xəsarət alan ilkin ifadəsində bıçaq xəsarətini tövlələrindəki iribuynuzlu heyvanın ucbatından özü özünə yetirdiyini deyib. Belə ki, heyvanın boynuna dolanmış ipi açmaq istəyərəkən onu vurub və bu zaman əlindəki bıçaq özünə batıb.

Lakin polisin apardığı təhqiqat nəticəsində məlum olub ki, Amid Əsədov ailə münaqişəsi zəminində 29 yaşlı qardaşı Təbriz Əsədov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır