Qaynar xətt:

(+99450) 247 90 86

Ramazan ayının 17-ci gününün duası - İmsak və iftar vaxtı

CƏMİYYƏT

2158

01.06.2018, 22:25

\"\"  Bu gün Azərbaycanda Ramazan ayının on altıncı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 2-də imsak saat 03:24, iftar isə 20:21-dədir. İmsak duası: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin”. Tərcüməsi: “İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.