Allahverdi Bağırovun qızı: "Ağdamda atamın büstü qoyulacaq"
31 Yanvar 2025, 09:20
Qaynar xətt:
(+99450) 247 90 86QARABAĞ
1113
22.02.2020, 11:50
Bu gün Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçiriləcək mitinq fevralın 22-si saat 13:00-da baş tutacaq.
Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "Facebook" səhifəsində canlı yayımlanacaq.
Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağa Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər.
Həmçinin oxuyun
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.
Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbulu və bir sıra beynəlxalq təşkilatlara ünvanlanması planlaşdırılıb.
15:27 / 14 Mart 2025
İranın XİN rəhbəri Ermənistana səfər edəcək
35
15:24 / 14 Mart 2025
Testin doğru cavabı
48
15:22 / 14 Mart 2025
Məntiq testi +DOĞRU CAVAB
180
15:07 / 14 Mart 2025
Ata oğlunu öldürdü
67
15:06 / 14 Mart 2025
Qərb ticarət münaqişələri Çinin əlinə keçir
48
14:51 / 14 Mart 2025
Lukaşenko Trampa Ukraynaya görə təşəkkür edib
51
14:45 / 14 Mart 2025
DİQQƏT! Bu yol bağlanacaq
50
14:38 / 14 Mart 2025
Dünyanın ən uzun yeraltı tuneli — FOTO
75
14:29 / 14 Mart 2025
Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK
150
14:10 / 14 Mart 2025
Saakaşvilinin cinayət işində maraqlı detallar: Şam yeməyinə,geyimlərə xəsrclənən pullar...
65
14:07 / 14 Mart 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
57
13:45 / 14 Mart 2025
11-ci sinif şagirdi intihar etdi
58
13:17 / 14 Mart 2025
"Patı" çəkib bu hala düşdü — Ekspert xəbərdarlıq etdi
500
12:35 / 14 Mart 2025
Ramin Dekonun həbs müddəti uzadılıb
72
12:33 / 14 Mart 2025
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
65
12:06 / 14 Mart 2025
Lalə Novruzova həbs edilib
1008
11:50 / 14 Mart 2025
Tramp fələstinliləri Somalilendə köçürmək istəyir
81
11:33 / 14 Mart 2025
Trampın xüsusi nümayəndəsinin təyyarəsi Bakıya enib
559
11:28 / 14 Mart 2025
Avropa yenidən silahlanmanı sürətləndirir
81
11:21 / 14 Mart 2025
Məhəmməd bin Salman Putinlə nəyi müzakirə edir?
81
11:20 / 14 Mart 2025
Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
102
11:15 / 14 Mart 2025
Avropa İttifaqı ABŞ-dan asılılığını rəsmən etiraf edir
81
11:10 / 14 Mart 2025
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb
92
11:06 / 14 Mart 2025
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.