Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24936
az

DTX Neftçalada nəyi araşdırır? – Tutulanların SİYAHISI

11:1821 Fevral, 2020
788
KRİMİNAL
  • A

Dünən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BakuPost  xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslər isə İcra Hakimiyyətinin binasında dindirilir. Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə əsasən rüşvət faktlarıyla bağlıdır. Bu istiqamətdə dünəndən bəri xeyli adamların izahatları alınıb.

Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.

Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsilə bağlı Prezident sərəncam imzalayıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ustalar hündürlükdən yıxıldı - Ölən var

Azərbaycanda müəllim intihar etdi -FOTO
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var