Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24765
az

Prezidentə  ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? 

10:2219 Fevral, 2020
459
REDAKTORUN SEÇİMİ
  • A

“Məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyil. Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb”.

Oxu24.com -un  xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd edilir ki, 2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub:

“Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir. Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalıb. Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ açan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində sahibkarlıq fəaliyyəti barədə mübahisələrin həllinin tezləşdirilməsində mühüm addımlar atılıb, o cümlədən sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! İbtidai siniflərlə bağlı bu qayda ləğv oluna bilər
İşıq olmayacaq - XƏBƏRDARLIQ
Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Köşkdən 75 ədəd lotereya bileti oğurlayan şəxs saxlanıldı -FOTO