Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24560
az

Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik”

20:2514 Fevral, 2020
936
QARABAĞ
  • A

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal olunması faktını etiraf edib. 
"Vestnik Kafkaza” xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak üçün səfər etdiyi Almaniyada danışıb. 
Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib.

O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir. 
Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: "Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”.
Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub. 
Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Dələduzluğa görə axtarışda olan 13 nəfər tutuldu