Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
245
az

Putin Ziyanın həbsindən bir həftə əvvəl Şoyquya nə tapşırıb? -

12:1804 Aprel, 2018
2119
DÜNYA
  • A
 Rusiyada ötən həftə sonu milyarder-oliqarx, çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin (Ziya) Maqomedovun qəfil həbsi ilə əlaqəli yeni təfərrüatlar məlum olub.

Oxu24.com  Virtualaz.org -a istinadən xəbər verir ki, Maqomedovun və qardaşının həbsindən bir həftə əvvəl prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyquya oliqarxı Rusiya Coğrafiya Cəmiyyətinin hamilər şurasından çıxarmağı tapşırıb. Bu haqda “Novaya qazeta” yazır.

Maqomedovlar bu haqda eşidiblər, amma siqnalı düz başa düşməyiblər və Rusiyanı tərk etməyiblər. Yalnız son anda Maqomedov ailə üzvləri ilə birlikdə şəxsi təyyarəsi ilə Mayamiyə uçmağa hazırlaşıb və həmin gün həbs edilib. Qəzetin istinad etdiyi mötəbər mənbələr deyiblər ki, Ziya Maqomedov həbsindən əvvəl “Rosneft” prezidenti, Rusiya hakimiyyətinin qüdrətli “boz kardinalı” İqor Seçini qətiyyən qane etməyən sövdələşməni yekunlaşdırmışdı.


Maqomedov Seçinin yolunun üstünə çıxan və dəmir barmaqlıqlar arxasına düşən ilk oliqarx deyil. Məsələn, “Sistem” maliyyə korporasiyasının rəhbəri, milyarder Vladimir Yevtuşenkov “Başneft”lə üzülüşmək istəmədi, əvəzində ev dustağı oldu. İqtisadiyyat naziri Aleksey Ulyukayev də Seçinin güdazına getdi və uzunmüddətli həbs cəzası aldı. Qəzetin şərhçisi Yuliya Latınina yazır ki, Seçinin “Transneft” prezidenti, keçmiş KQB zabiti Tokarevlə münaqişəsi dəf var. Lakin Tokarev də asan hədəf deyil, onun da Seçin kimi güclü inzibati resursları var və Putinə yaxındır. Bu münaqişədə Maqomedov qardaşları Tokarevin tərəfini tutublar və nəticədə “yanıblar”. Çünki qüdrətli “boz kardinal”ın Tokarevə birbaşa gücü çatmadığından onu Maqomedovlar vasitəsilə vurub.


Ziya Maqomedovun həbsindən əvvəl “Summa” şirkətlər qrupu Novorossiysk neft limanını “Transneft” şirkətindən almaq üçün danışıqlar aparırdı və məlumatlara görə tərəflər sövdələşməyə yaxın idi. Lakin indi “Transneft” bildirib ki, limanı satmaq fikrindən daşınıb. Məlumatlara görə limanın alqı-satqısına dair danışıqlarda Maqomedov barışmaz mövqedən çıxış edirdi və bu səhv biznesmendən yaxa qurtarmaq istəyənlərin əl-qolunu açdı.

“Maqomedovun həbsi göstərdi ki, Medvedyev klanı artıq yoxdur, amma bu fakt Dmitri Medvedyevin yenidən baş nazir olmasına əngəl deyil”-qəzet yazır.

İndi milyarder-oliqarx “Lefortovo” təcridxanasında günlərini sayır və adi elektrik çaynikinə möhtacdır. Moskva ictimai müşahidə komissiyasının məsul katibi İvan Melnikov deyib ki, Maqomed Maqomedov qardaşı ilə birlikdə saxlanıldığı “Lefortovo” təcridxanası üçün 10 soyuducu və 10 televizor almağa hazırdır. Bir şərtlə ki, onların kamerasına elektrik çayniki qoymağa icazə versinlər. Çünki kamerada isti su yoxdur və onlar əşyalarını yuya bilmirlər. Melnikovun sözlərinə görə, ayrı-ayrı kameralarda saxlanılan oliqarxın və qardaşının başqa istəyi yoxdur, onların əhvalı yaxşıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB
Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı