Gəncədə mağazadan pulqabı oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nizami (Gəncə) Rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki mağazaların birindən içərisində 800 manat olan pulqabı oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini L.Əliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Günün təklif olunan videosu:
Oxu24.com
ŞƏRHLƏR