Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24430
az

ŞOK RƏQƏM: Azərbaycanda aylıq 18208 MANAT pensiya alan var

22:4912 Fevral, 2020
663
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib.

Oxu24.com Publika-ya istinadən xəbər verir ki, müşavir bildirib ki, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar – 750 000 (pensiyaçıların 60%-i)

2. Əlilliyi görə pensiyaçılar – 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar – 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği – 200 manat

2. Orta pensiya məbləği – 300 manat

3. Maksimum pensya məbləği – 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə – 5.7% artım

2. 2018-ci il üzrə – 3% artım

3. 2019-cu il üzrə – 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: “Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 – 2 400 manat aralığında artırıb”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı