Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2441
az

Ermənilər türkdür? - Yəhudilər onların kökü ilə bağlı SENSASİYALI SİRLƏRİ AÇDI -

16:2331 May, 2018
2579
SİYASƏT
  • A
Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman maraqlı informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey yayıb.

G.Gülbey ermənilərin ulu babalarının türklər olduğunu deyib.

"Tövratda diqqətçəkən bir hekayə var. Toqarma, yaxud da Torok adlı qövm bugünkü ermənilərin atası olan qövmdür. Torokun 8 oğlu olub, ən böyük oğlunun adı Hayos idi. Ermənilər özlərinə Hayosu (Hay) ata hesab edirlər. Tarixdə ermənilər yox, haylar var. Və yenə də ermənilərin yurdu Ermənistan yox, Hayastandır. Lakin bu hekayə bir yerdə daha da diqqətçəkən olur. Hayların (yəni bügünkü ermənilərin) atası Torokdur. Torok isə türk deməkdir. Yəni ermənilər özlərini türk soyuna bağlayırlar. Bunun səbəbi nədir? Səbəb odur ki, tarixdə erməni deyilən qövm ümumiyyətlə, olmayıb, bu, uydurma qövmdür. O qədər uydurmadır ki, ermənilər Hayı öz ulu babaları adlandırdıqlarına baxmayaraq, heç bir tarixi sənəddə haylardan bəhs edilmir. Antik dövrün tarixçiləri Ermənistan deyilən ərazidən və bu ərazidə yaşayan qövmlərdən bəhs edirlər, lakin onların arasında haylar yoxdur. Torokun ikinci oğlu İber və ya Karteldir. Bizim dilimizdə bu, gürcü deməkdir. Tarixi mənbələrdə Kartellərdən bəhs olunur, haylardan isə yox. Burada ermənilərlə bağlı iki məqam ortaya çıxır: birincisi, ortaq bir ata vardır, lakin bu atanın qövmü yoxdur, ikincisi, Ermənistan deyilən yer vardır, amma ermənilər deyilən qövm yoxdur", - deyə ASİMDER rəhbəri vurğulayıb.


Genetika üzrə türkiyəli mütəxəssis Osman Çataloluk Ermənistanda 2000-ci ildən başlayaraq aparılan genetik araşdırmalar nəticəsində ermənilərin 49 faizinin türk-qıpçaq əsilli olduğunu deyib.

Onun sözlərinə görə, nəticələrdən narahat olan Ermənistan hökuməti araşdırmanın qarşısını alıb: "Bu, əvvəldən bəlli olan bir həqiqətdir. Xüsusilə haylar əsl erməni və qıpçaqlardan gəlmələrdir. Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya, Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b - M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl 4700-ci illərdir. Bu tarix Subar - Şumer müharibəsinə təsadüf edir. Şumerlərdən qaçan subar prototürklər Anadoludan keçərək burada parçalanır. Bir qismi də Qara dəniz sahillərində yerləşir. Kut/Qut, Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır".

Mütəxəssis qeyd edib ki, bugünkü Ermənistan torpaqlarında tarix boyunca müxtəlif qəbilələr yaşayıb: "Armenia" sözü min illərdir coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı deyil. Yalnız coğrafi bir termindir"./Publika.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi