Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2439
az

Hərbçi və şəhid ailələrindən olan müəllimlərlə bağlı MÜHÜM YENİLİK

16:1231 May, 2018
1016
İQTİSADİYYAT
  • A
  Müəllimlərin işə qəbulu üzrə yeni qaydalar bəzi kateqoriyadan olan müəllimlərin xüsusi marağına səbəb olacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov Oxu24.com-a açıqlamasında qeyd edib ki, əvvəlki illərdə olduğu kimi yeni qaydalarda da müəllimlərin işə qəbul prosesinin yenə mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Lakin burada prosedurlarla bağlı bir neçə yeniliklər olacaq. Müəllimlərin işə qəbulu yalnız onların işə qəbulunu yox, eyni zamanda iş yerinin dəyişdirilməsi proseslərini də tənzimləyir: "Burada ən vacib və mühüm olan yeniliklərdən biri odur ki, bəzi kateqoriyadan olan, yəni  həssas qrupa aid edilən müəllimlərin iş yeri dəyişdirilərkən onların qiymətləndirmədə topladıqları bal artım əmsalına vurularaq hesablanacaq. Bura ilk növbədə hərbçi ailələrinin, şəhid ailələrinin üzvləri daxildir. Bu kateqoriyadan olan müəllimlər iş yerini dəyişdirmək istədikdə onların qiymətləndirmə, yaxud işə qəbul zamanı topladıqları bal 1,1 əmsalına vurulur. Təbii ki, bu da onların seçdikləri vakant yerə düşmək şanslarını artırır".

E. Bağırov qeyd edib ki, eyni zamanda həvəsləndirmə tədbirləri tətbiq olunan və müəllimin daimi yaşayış yerinə yaxın olan müəssisələrə müəllimlərin iş yeri dəyişdirilərkən, onların da topladıqları ballar 1, 05 artım əmsalına vurularaq hesablanacaq. Bu da onlara digər namizədlərlə müqayisədə üstünlük hüququ verəcək: "Əvvəlki illərdə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqə yolu ilə həyata keçirilirdi. Artıq 2017-ci ildən ölkə üzrə bütün müəllimlərin 99 faizinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığı və bizim məlumat bazalarımızda hər bir müəllimin qiymətləndirmədə göstərdiyi nəticələr olduğu üçün, biz əlavə müsabiqənin keçirilməsini qaydalardan çıxarmışıq. Ötən ildən həyata keçirilən bu qayda bu il də qüvvədədir. Yenə də müəllimlərin müsabiqəsiz iş yerinin dəyişdirilməsi əvvəlki illərdə topladığı bala uyğun olaraq qiymətləndirmə nəticələrinə əsasən həyata keçiriləcək. İyun ayının əvvəllərindən müəllimlərin yerdəyişməsinə start veriləcək. İyul ayında isə müəllimlərin işə qəbulu keçiriləcək".



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Azərbaycan bu məhsulların ixracından gəlirini artırdı
Dollar və avro bu tarixdən BAHALAŞIR -Rusiyada YENİ MƏZƏNNƏ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu