Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24370
az

Körpəni 13 min dollara satan ana və daha 6 nəfər saxlanıldı

10:2812 Fevral, 2020
718
KRİMİNAL
  • A

Gürcüstanda körpəni satmağa cəhd edən yeddi nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin arasında körpənin anası və iki həkim də var. Saxlanılanlardan biri bundan öncə eyni cinatəyə görə məhkum edilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər maddi gəlir əldə etmək məqsədilə körpəni satmaq və əldə olunan pulları aralarında bölmək niyyətində olublar.

Onlar körpəni 13 min dollara almaq istəyən şəxsi tapıblar. Cinayətin üstünü örtmək məqsədilə körpənin anası uşağı dünyaya gətirdiyi xəstəxanada başqa şəxsin soyadı altında qeydiyyata alınıb.

Körpənin satılmasından sonra cinayətkar şəbəkə fevralın 6-da işfa olunub və uşaq müvafiq dövlət agentliyinə müvəqqəti nəzarət üçün təhvil verilib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Usta öldü
Bu tiktokerlər də  həbs   edildi
Ötən gün 5,2 kq       narkotik     aşkarlanıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü