Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2433
az

Azərbaycanda mağazaya basqın : Dəhşətli görüntülər – Video

13:3731 May, 2018
1283
KRİMİNAL
  • A
Şirvan şəhərində mağazaya oğurluq məqsədiylə basqın olub.

Oxu24.com  xəbər verir ki, Şirvan şəhəri ərazisində yerləşən marketdə bir nəfər şəxs oğurluq etmək məqsədiylə basqın edib. Belə ki, o mağazaya girərək spirtli içki götürüb, əvvəlcə yanında dayanan oğlan satıcı Mehtiyev Fərid Fərhad oğlunun başına ağır zərbə endirib. Satıcı ölməsə də o ayağa qalxa bilməyib. Daha sonra oğru marketin kassasında dayanan xanım satıcı 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zamir qızının başından spirtli içkinin butulkası ilə vursa da ona təsiri yüngül olub və o maqazadan qaçaraq çölə çıxıb, ərtafdakı insanlara xəbər verib.

Hadisə bir qədər əvvəl baş versə də oğlan satıcının nümunəvi davranışı, onun işinə məsuliyyəti və sürünərək oğrunun arxasınca kassaya tərəf gəlməsi sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb. Videoda ən diqqət çəkən məqam isə başından çox ağır zərbə alan oğlan satıcı Fərid Mehtiyevin sürünərək çölə çıxması və ətrafdakı ilk insanların ona laqeyidliyidir ki, bu da sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Qeyd edək ki, hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb və onunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı