Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24289
az

Əhaliyə XƏBƏRDARLIQ - Qapınızı döyüb 15 AZN istəsələr, verməyin! - VİDEO

18:4310 Fevral, 2020
659
MANŞET
  • A

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar: “Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar”.

“Azəriqaz” qazdan istifadə edən abonentlərin nəzərinə çatdırır ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur:
“Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar.

Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir”.

Qurum bir daha bəyan edir ki, “Azəriqaz”ın əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil:

“Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb edə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

USAID rəhbəri yenidən İrəvanda
Ukrayna və Polşa saziş imzaladı
Sentyabrdan məktəblərdə şənbə günü də dərs olacaq? - AÇIQLAMA

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Köşkdən 75 ədəd lotereya bileti oğurlayan şəxs saxlanıldı -FOTO