Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24270
az

ŞƏT: Parlament seçkiləri qanunvericiliyə uyğun keçirilib

13:4810 Fevral, 2020
675
HÜQUQ
  • A

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) seçki müşahidə missiyası seçki məntəqələrinin hazırlığı ilə tanış olub, səsvermə prosesini izləyib”.

Oxu24.com -un   xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən ŞƏT-in seçki müşahidə missiyasının rəhbəri, ŞƏT-in baş katibinin müavini Sherali Saidamir Jonon bu gün mətbuat konfransında deyib.

O bildirib ki, seçki müşahidə missiyası səslərin sayılması prosesini də izləyib.

Seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə görüşdüklərini vurğulayan Sherali Saidamir Jononun sözlərinə görə, seçkilər qanunvericiliyə uyğun, demokratik və şəffaf keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti əsasında seçkiləri müşahidə üçün ölkəyə gəldiklərini bildirən ŞƏT baş katibinin müavini deyib ki, Bakı və ona yaxın ərazilərdə müşahidə aparıblar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib
Telefonunu zəng üçün qonşusuna verdi,pulları oğurlandı - ŞİKAYƏT

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO