Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24207
az

Günün qoroskopu: Sözləriniz kiminsə xoşuna gələ bilər 9 Fevral 2020

00:0409 Fevral, 2020
687
CƏMİYYƏT
  • A

Qoç - Praktiki fəaliyyət çətin olsa da, bunu edin. Xəyallara qapılmayın, real işləri unutmayın. Diqqət tələb edən məsələlərdə sayıq olun. Kimsə sizi "ciddi olmağa" çağırırsa, qulaq asın, amma yolunuza davam edin. Tənqid və iradlara həddən ziyadə aqressiv reaksiya verməyin.

Buğa - Yaşam potensialı səviyyəsi aşağıdır. Asanlıqla yorulacaq və az sonra dərk edəcəksiniz ki, qüvvələriniz tükənmək üzrədir. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan məşğuliyyətə həsr edin. Çətin gündən sonra qüvvənizi bərpa edin.

Əkizlər - Çətin, qarışıq, laübəli gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlər çətin və qarışıq hal alacaq. Kimin sizin tərəfdə olaraq dəstəklədiyini, kimin də yalnız belə görüntü yaratdığını ayırd etmək asan deyil. Bitib-tükənmək bilməyən, xoşagəlməz söhbətlər əhvalınızı korlamaqla yanaşı, vaxtınızı da alır. Həmin zamandan daha faydalı yararlana bilərdiniz.

Xərçəng -  Mübahisələrdə mövqeyinizdən tez geri çəkilməyin, iradəli və qətiyyətli olun. Səhih fikirlər və düzgün qərarlardan əl çəkərək kimlərinsə xoşuna gəlməyə çalışmayın. Rəqiblərlə bədxahlarınız sizdən çəkinməlidirlər. Peşəkar fəaliyyət müstəvisində çətin məsələlərin həlli üçün əlverişli zamandır. 

Şir - Başqalarının görmədikləri və ya görmək istəmədikləri nüanslara, amillərə diqqət yetirsəniz, məqsədə daha sürətlə çata bilərsiniz. Şəxsi həyatda dəyişikliklər ola bilər. Təşəbbüskar olun, novator davranışı seçin. Ev işlərinin öhdəsindən tez gəlməyə çalışın.

Qız - İşdə münaqişə, rəhbərliklə ciddi ixtilaf ola bilər. Şəxsi münasibətlərdə ciddi problemlər yaranmayacaq. Yaxınlarınız və ailə üzvləriniz çox səbrli davranırlar. Təmaslarla əlaqələrdə diqqətli olun. Bu gün etibara əsla layiq olmayan insana inana bilərsiniz.

Tərəzi - Sözləriniz kiminsə xoşuna gələ bilər. Amma yaxın ətrafınızdakı adamların əksəriyyəti bu kəlmələri bəyənməyəcəklər. Uzaq səfər və ya səyahət planlaşdırmayın. Belə səfər sizi yoracaq, ümidlərinizi doğrultmayacaq. Maliyyə itkisi, uğursuz alış-veriş, gəlir verməyən əməliyyatlar istisna deyil.

Əqrəb - Günün ilk yarısı uğurlu və əlverişli olacaq. Əhvalınız pis deyil. Rəğbət bəsləmədiyiniz insanlarla təmaslarda belə, xoşməramlı olun. Belə davranış peşəkar fəaliyyət baxımından münasibdir, çünki yeni müttəfiqlər qazana bilərsiniz.

Oxatan - Bu gün qarşılaşdığınız insanların hamısı etimada layiq deyil. Sayıq olun. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Sərfəli anlaşmaya nail ola bilərsiniz. Yeni təəssüratlar xoş olacaq.

Oğlaq - Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt və qıcıqlı olmayın, aqressiv sözlər deməyin. Uzaq durmaq istədiyiniz insan sizinlə maraqlanmağa başlayacaq.

Dolça - İşgüzar ünsiyyət, mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Nüfuzlu insanlarla görüş istisna deyil. Həmin adamlarda xoş təəssürat yaratmağa çalışın. İctimai və siyasi fəaliyyətə maraq arta bilər. Yeni tanışlıqlar istisna deyil.

Balıqlar - Mənfi təmayüllərin təsiri çox güclüdür. Gün asan deyil. Emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizə əsir düşsəniz, sonradan peşman ola biləcəyiniz addımlar ata bilərsiniz. Fikirləşdiklərinizi dərhal söyləməyin. Məntiqli, soyuqqanlı, ağıllı olun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO