Ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq.
Oxu24.com -un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətidən bildirilib.
Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində təxribat baş verib. F.Ağamalı təxribatın digər deputatlığa namizəd Kamil Musəvi tərəfindən hazırlandığını bildirərək, DİN, MSK, DTX və Baş Prokurorluğa müraciət edib.Axar.az
Kamil Musəvinin daha bir qalmaqallı videosu yayılıb. O, videoda qeyri-etik ifadələr işlədib.
"Lotuluğa qalsa,hamıdan yaxşı lotuluğu bacarıram, heç kimdən qorxmayın, blət" kimi ifadələr işlədib.
Həmin videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR