Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2407
az

Azərbaycanda deputatın həkim qızı iynəni doğuşa gələn qadının qarnında qoydu - FOTOLAR

19:2530 May, 2018
2939
TİBB
  • A
 Əməliyyat zamanı iynə xəstənin qarnında qalıb.

Oxu24.com Faktor.az-a istinadən xəbər verir ki, bunu Sabirabad rayon sakini Vüsalə Abdullayeva Vüsalə bildirib.

O iddia edir ki, həkim Xəlilova Günay Mirzəcan qızı əməliyyat zamanı iynəni sındırıb və yarımçıq iynə onun qarın boşluğunda qalıb:

"2016-cı ildə Sabirabad rayon Doğum Evində gözümdə problem olduğu üçün qeysəriyyə əməliyyatı oldum. Uşağım dünyaya gəldi. Lakin əməliyyatdan 5-6 ay sonra vəziyyətim getdikcə pisləşdi. Həmin gündən bu ilin fevralına kimi müalicə alırdım, lakin bir xeyri olmurdu. Sonradan məlum oldu ki, qeysəriyyə əməliyyatı zamanı iynə sınıb və yarısı mənim qarnımda qalıb. Həmin həkimə müraciət etdim ki, bəs əməliyyat zamanı belə bir şey baş verib, biz nə edək? O, mənə heç bir köməklik etmədi. Məcbur başqa yerdə əməliyyat olunub, iynəni çıxartdırdıq. Deyəndə ki, sizdən şikayət edəcəm. Bildirdi ki, get, kimə nə istəyirsən de. Mənə heç kim heç nə edə bilməz. Qeyd edim ki, iynənin qeysəriyyə əməliyyatı zamanı qarnımda qalması ilə bağlı tibbi ekspertizanın rəyi də var. İş hazırda Sabirabad rayon Prokurorluğundadır. İynəni çıxardan Leyla Şıxlinskaya klinikasının həkimi Rəşad Babayevə iynəni əməliyyat zamanı qarnımda qoyan həkim Günay Xəlilova təzyiqlər edib. Rəşad həkim mənə dedi ki, xahiş edirəm ərizəni geri götürün. Məni işdən çıxarmaqla və ailəmlə hədələyirlər. Rəşad Babayev bu baş verənlərdən sonra izahatında bildirdi ki, iynəni çıxarmışam və heç bir fəsadı yoxdur. Ekspertiza rəy verdi ki, iynə qeysəriyyə əməliyyat zamanı qarında qalıb, amma heç bir fəsadı yoxdur. Sonra mən Rəşad həkimlə əlaqə saxladım ki, sən niyə bu cür izahat verdin? Cavabında bildirdi ki, mən sizə dedim axı, işimi itirməkdən qorxuram. Mənə olan təzyiqlərdən sonra o cür izahat verə bilməzdim. Hazırda mən ekspertiza rəyindən imtina etmişəm. Çünki mənim bədənimdə hələ də yara var və mən müalicə alıram".   Qeyd edək ki, Günay Xəlilova Sumqayıt şəhərinin deputatı və “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun qızıdır. Hazırda Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ginekoloq kimi fəaliyyət göstərir. Məsələ ilə bağlı G.Xəlilova ilə əlaqə saxladıq. O, iddiaçının haqsız olduğunu bildirdi:

"Siz prokurorluq deyilsiniz. İstər Səhiyyə Nazirliyi, istərsə də aidiyyatı orqanların bu haqda məlumatı var. Mən Sabirabadda 3 il canımı qoyumuşam və o cür problemli insanlarla rastlaşmışam. Çox yaxşı bilirlər ki, mənim onlara verəcək qəpiyim də yoxdur, sıravi həkiməm. Mənim yaxın adamımın imkanı varsa, o qədər də saxladığı yetim-yesiri var. Dərinə gedəndə mən tək qadınam və 3 uşağa təkbaşıma baxıram. Sizi inandırıram ki, onların səsinə səs verən olmayacaq. Çünki haqsızdırlar. Mən nəyə görə onlara pul verməliyəm? Mənim kimə borcum var? Can borcum var onlara? Əgər haqsız olmasalar, mediaya yox, başqa orqanlara şikayət edərdilər. Nə vaxt istəsəniz, üzbəüz söhbət edə bilərik. Mənlə görüşməmiş bu xəbəri çıxarsanız, problemlər yaşayacaqsınız".

Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, baş verən hadisədən xəbərdardırlar lakin, iş prokurorluqda olduğu üçün ətraflı məlumat verə bilməyəcəklər.

Sabirabad rayon Prokurorluğundan isə söylədilər ki, hazırda iş istintaq mərhələsindədir deyə, geniş məlumat verə bilmirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu