Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda əməliyyat: Azyaşlı qıza əxlaqsızlıq edən şəxs tutuldu

SON DƏQİQƏ

635

05.02.2020, 16:26

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə  Oxu24.com-a  Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər Rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi başlanılıb. 

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.