Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2397
az

Ermənilər Qarabağa görə son variantı İŞƏ SALDI: Kardaşyanı Trampın kabinetinə göndərdilər ...

16:0030 May, 2018
10903
DÜNYA
  • A
ABŞ prezidenti Donald Tramp bu ölkədə yaşayan erməni pornoulduz Kim Kardaşyanı qəbul edəcək.

Publika.az xəbər verir ki, “Vanity Fair” nəşri görüşün Ağ Evdə olacağını yazıb.

Məlumata görə, Kardaşyan Trampdan 62 yaşlı Elis Marinin həbsdən çıxarılmasını xahiş edəcək.

Qeyd edək ki, ABŞ-dakı erməni diasporu Kardaşyanın Trampla görüşməsi üçün uzun müddətdir çalışırdı. Məqsədin ABŞ prezidentini “bu yolla ələ almaq” olduğu deyilir. Çünki Tramp prezident seçiləndən sonra qapıları erməni diasporunun üzünə bağlamışdı.

ABŞ-da dərc olunan “California Currier” qəzetinin redaktoru Arut Sasunyan deyirdi ki, erməni diasporunun bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: “Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.

“1in.am” saytı da yazırdı ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir.

“Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, - deyə qəzet yazırdı.

Hələ o vaxt erməni diasporunun Kardaşyanı önə sürməsi və Trampın qapılarını bu yolla açmağı planlaşdırdığı haqda informasiyalar var idi.

Kim Kardaşyanın “Twitter” hesabında Donald Trampın qaçqınların Amerikaya qəbulunun müvəqqəti dayandırılması haqda qərarını tənqid etməsi də təsadüfi hesab edilmirdi. Trampın tərəfdarları bildirirdilər ki, Kardaşyan Trampla görüşmək cəhdləri baş tutmadığına görə belə status yazıb. Və o da qeyd olunurdu ki, Kardaşyan Trampla erməni diasporunun arzusuna görə görüşmək istəyib. Əsas məqsəd Kardaşyan vasitəsilə Trampın kabinetinə yol taparaq, Dağlıq Qarabağ məsələsində Ağ Evin yeni administrasiyasının dəstəyini əldə etməkdir. Bu baxımdan, Kardaşyanın Ağ Evdə Trampla görüşü zamanı erməni diasporunun istəklərini də dilə gətirəcəyi gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkəyə uçan təyyarənin təkərləri HAVADA PARTLADI -289 sərnişin...
İsrail Dəməşq yaxınlığındakı hərbi anbarları bombaladı
Messi Baydenin mükafatlandırma mərasiminə qatılmaqdan İMTİNA ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...