Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2395
az

Erməni general Qazaxıstanda pərt oldu: "Azərbaycanlılardan soruş"

15:4030 May, 2018
4234
SİYASƏT
  • A
 Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb.

Oxu24.com  xəbər verir ki,"AzeriDefence”nin Qazaxıstan hərbi sənaye kompleksindəki mənbələrdən əldə etdiyi məlumata görə, hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb.

Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə turu təşkil olunub. Hadisə də məhz bu turlardan birində yaşanıb. Belə ki, M. Akopyan zavodlardan birində nümayiş etdirilən məhsulların bəzilərinin texniki-taktiki xarakteriskaları barədə informasiya toplamaq istəyib. Həmin zavodda çalışan Qazaxıstan vətəndaşının Ermənistanın Baş Qərargah rəisinə verdiyi cavab onu pərt edib. Akopyanın istədiyi məhsullar barədə ona heç bir məlumat verməyən zavod nümayəndələrindən biri "bundan azərbaycanlılar daha çox işlədir. Onlardan soruşun”, deyə atmaca atıb.

Bundan sonra M.Akopyan zavodun əməkdaşlarının "qaba davranışına” görə Qazaxıstanın Baş Qərargah rəisinə şikayət eləyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Azərbaycanda 15 yaşlı qız intihar etdi