Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
239
az

Mark Zukerberq: “Bu trollar Azərbaycanı hədəf almışdı”

10:3804 Aprel, 2018
1427
DÜNYA
  • A
 “Facebook” sosial şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Facebook”un sahibi Mark Zukerberq elan edib.

Həmin “trol fabrikinə” bağlı 270 “Facebook” hesabının bağlandığı açıqlanıb. Zukerberq deyib ki, həmin hesablar Rusiya “Facebook” istifadəçilərinə və onun qonşularına-Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul idi.

Bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. Bu mərkəz 2016-cı il prezident seçkiləri zamanı ABŞ seçicilərinin mövqeyinə təsir göstərib və saxta hesablar üzərindən Hillari Klintonun əleyhinə təbliğat aparıb.
Bildirilir ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib.

“Bu Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb”-Zukerberq deyib. “Facebook” rəhbərinin bildirdiyinə görə bloklanmış səhifələrdən birinin 1 milyondan çox izləyicisi olub. Daha yarım milyon izləyicisi olan İnstagram səhifəsi də bloklananlar arasındadır.
Zukerberq deyib ki, “Facebook” istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi alət üzərində işləyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir