Qaynar xətt:

(+99450) 247 90 86

DTX və polisdən birgə əməliyyat - Həbslər var

KRİMİNAL

1251

30.05.2018, 12:42

\"\" DTX və polis birgə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən “AKMS” silahı, “TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb. Bundan başqa, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.