Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23865
az

Azərbaycanda dəhşət: İki nəfərin ciyəri dağılıb öldü

15:0803 Fevral, 2020
575
SON DƏQİQƏ
  • A

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu24.com-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

 

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

***

saat 14:55

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA- ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub. 

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, fevralın 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb. Bundan başqa, yanvarın 14-də 1957-ci il təvəllüdlü xəstə, yanvarın 29-da 1941-ci il təvəllüdlü daha bir şəxs həyatını itirib. Fevralın 1-də isə xəstəxanada 1977-ci il təvəllüdlü Bakı şəhər sakininin ölüm faktı qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi
TƏCİLİ XƏBƏR! Helikopterdə olan şəxs zəng etdi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO