Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23729
az

Bu universitetdə departamentlər və şöbələr ləğv edildi

17:5431 Yanvar, 2020
642
CƏMİYYƏT
  • A

Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departamentlər və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.

AzTU-dan Oxu.Az-a verilən məlumata görə, “Elm və innovasiyalar” departamenti ləğv edilərək, onun bazasında “Tədqiqat və inkişaf” şöbəsi yaradılıb.

Kimya üzrə fəlsəfə doktoru Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında “Beynəlxalq əlaqələr” şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.

AzTU-nun “Strateji planlaşdırma” şöbəsi də ləğv edilib. Onun bazasında “Texnoloji transfer” şöbəsi yaradılıb. Texnika elmləri namizədi Vəli Fətəliyev şöbənin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin “Müdafiə təyinatlı məmulatların istehsalı” şöbəsinin müdiri, həmçinin, bir sıra nazirliklərdə şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO