Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2354
az

WhatsApp pulsuz oldu

18:0229 May, 2018
1323
CƏMİYYƏT
  • A
3 AZN-dən başlayan qiymətə 40-dan çox ölkədə bol-bol meqabayt və pulsuz WhatsAppAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.

“Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell abunəçiləri gündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):

PaketTrafik həcmiQiyməti
Gündəlik100 MB + Pulsuz WhatsApp3 AZN
Həftəlik1000 MB + Pulsuz WhatsApp20 AZN
Aylıq2000 MB + Pulsuz WhatsApp30 AZN

“Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:

PaketTrafik, dəqiqə və SMSQiyməti
Gündəlik “Rouminqdə hamısı daxil”100 MB +10 dəq. + 10 SMS5 AZN
Həftəlik “Rouminqdə hamısı daxil”500 MB + 50 dəq. + 50 SMS20 AZN
Aylıq “Rouminqdə hamısı daxil”1000 MB + 100 dəq. + 100 SMS30 AZN

“Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.
Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Famil Xəlil ev dustaqlığına     buraxıldı - VİDEO