"BakuBus” 5 saylı avtobusun piyadanı vurması ilə bağlı videogöntü yayıb.
oxu24.om xəbər verir ki, "BakuBus" MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.
Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində ("Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. "BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.
Oxu24.com
ŞƏRHLƏR