![](https://oxu24.com/uploads/posts/2018-05/1527589370_dtx12.jpg)
Oxu24.com APA-ya məlumatına görə, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.
R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.
Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.
Faktla bağlı araşdırma davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR