Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23318
az

Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”: Hamı ondan danışır

23:4824 Yanvar, 2020
603
DÜNYA
  • A

Istanbulda onu “Robin Hud” adlandırmağa başlayıblar. Qəfil ortaya çıxır, ya küçədə adamlara pul paylayır, ya da mağazalarda nisyə dəftərlərindəki borcları bağlayır.

Axırıncı hadisə Bekirdərə məhəlləsində baş verib. Mağazaya girən “gözəgörünməz adam” nisyə dəftərindəki bütün borcları ödəmək istədiyini bildirib. Mağaza sahibi dərhal razılaşıb. Həmin adam 7 min lirə (2 min manatdan çox) ödəyərək dərhal gözdən itib.

Borcu silinən vətəndaşlardan biri olan Cevdet Polat xəbəri kafedə eşidib. Mağazaya gələndə daha borcu qalmadığını eşidib. İndi özünü həmin şəxsə çox borclu hiss edir. Yəni borcu bitən vətəndaş mənəvi borcunu unutmur.

Maraqlı situasiya yaranıb. Həmin mağazadan həmişə nağd alver edən sakinlərdən bəzisi indiyə qədər nisyə mal almadığına görə təəssüfləndiyini söyləyib.

Bundan bir az əvvəl İstanbulun “Robin Hud”u küçədə adamlara pul paylaşmışdı. O gündən xeyirxah adam sosial şəbəkələrin ulduzuna çevrilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ
Ərdoğandan YENİ UKRAYNA PLANI: "Kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO