Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2331
az

Daun sindromlu uşaqdan Prezidentə ürək dağlayan müraciət: "Bizi, qəbul edin..."

10:3629 May, 2018
7144
OXU24 TV
  • A
 
2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilən iş adamı, Gəncə şəhər sakini Rövşən Rüstəmovun 11 yaşlı oğlu Sadiq Rüstəmov  mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edib.O, atası qətlə yetirildikdən sonra mülklərinin Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçıları tərəfindən qanunsuz əllərindən alınmasından sonra çətin vəziyyətdə qaldıqlarını bildirib.Oxu24.com saytı vasitəsi ilə yuxarı qurumlara müraciət edən Sadiq Rüstəmov ölkə Prezidentinin onları qəbul etməsini xahiş edib.

Xatırladaq ki, Sadiq Cəfərov Daun sindromundan əziyyət çəkir.Onun müalicəsi böyük xərclər tələb edir.


Məlumat üçün bildirək ki, qətlə yetirilən iş adamının həyat yoldaşı Venera Rüstəmova mətbuata açıqlamasında bunları deyib:

 "Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçıları mənim adıma qanuni çıxarışı olan 1 hektar torpaq sahəmi vətəndaşlardan külli miqdarda pul alaraq sərəncamlar əsasında onlara satıblar. İndi mən nə torpağımı qaytara, nə də torpağımın pulunu ala bilirəm. Bu qədər də haqsızlıq olmaz.Pozulmuş hüquqlarımın bərpası üçün Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmənin Gəncə şəhəri Nizami RİH-ə torpaq sahəmin verildiyi adamların siyahısının və bu barədə verilmiş sərəncamların surətlərinin tələb edilməsi haqda sorğularına məhəl qoyulmadı. Təəccüblüsü odur ki, eyni məzmunlu sorğulara Nizami rayonuna yeni təyin olunmuş icra başçısı Nizami Hacıyev də cavab vermir. Məqsədləri odur ki, özbaşınalıqlarının üstü açılmasın. Dövlət orqanları rəhbərlərinin məhkəməyə bu hörmətsizliyinə nə ad vermək olar? Mənim konstitusiya ilə qorunan mülkiyyət hüquqlarım icra hakimiyyətləri tərəfindən niyə tapdanır və onların haqqında heç bir cəza tədbiri görülmür?.”


Oxu24.com məsələni diqqətdə saxlayacaq.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlk dəfə cinsi əlaqədə olan qızlar və oğlanlar üçün video dərs -(18+ yaş qrupu üçün)
Daun sindromlu uşaqdan Prezidentə ürək dağlayan müraciət:

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı