Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23303
az

SON DƏQİQƏ Xəstəxanada hər yer cəsədlərlə doludur - Dəhşətli FOTOLAR gəlir...

19:3924 Yanvar, 2020
871
DÜNYA
  • A

Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb.

Oxu24.com xəbər verir ki, 830 nəfərin yoluxduğu virus sürətlə yayılmaqdadır. Vuhan şəhərində xəstəxanalarda yer olmadığı üçün səyyar xəstəxanalar qurulub. Ümumlikdə hökumət Çinin 9 şəhərində qarantin elan edib. 

Ölümcül virusa Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib. 

Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb. 

Koronavirusun əlamətləri

“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir. 

Koronavirusun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi. 

Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.

Koronavirusun müalicəsi

Koronavirusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.

Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir dünyaya çağırış etdi
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı