Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2321
az

Şəhidin medalı ailəsinə təhvil verildi - FOTO

21:2328 May, 2018
1354
QARABAĞ
  • A
Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlunun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təhvil verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu gün şəhidin məzarı önündə tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.

Şəhidin atası torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib.    Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə yük maşını çay yatağına aşdı, sürücü öldü
“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”
Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra bərpa edildi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev