Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23141
az

Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI

18:5022 Yanvar, 2020
474
  • A

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub

Oxu24.com-a DİM-dən verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcəkdir.

XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı