Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2311
az

Ordumuz İrəvana gedən yolu nəzarətə götürdü - O görüntülər... / FOTO

17:4028 May, 2018
13832
SİYASƏT
  • A
 
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub.

Məlumata görə, "Vkontakte” sosial şəbəkəsindəki "Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.
Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir. Ermənistanda isə hərbi reportyor, "Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək "böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılır, Ermənistan Müdafiə Nazirliyi isə şərh vermir.   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu