Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2306
az

Abutalıbovun oğlu Bakıda restoran açdı - FOTO

16:2428 May, 2018
1296
İQTİSADİYYAT
  • A
 Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb.

Oxu24.com Criminal.az-a istinadən xəbər verir ki, onun oğlu İsrafil Abdutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir. Adı ''Ətirşah'' olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.

Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbov (yeni adı Abu Bəkr - gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alması xəbəri yayıldı. "Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov "Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib. Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib.

Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi. Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da "Allah yoluna gəlməsini” tələb edirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü