Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2299
az

Arvadını öldürüb qəbristanlıqda dəfn etdi - Qətlin ŞOK TƏFƏRRÜATI

13:0328 May, 2018
962
KRİMİNAL
  • A
 Salyan sakini arvadını yastıqla boğaraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı