Türkiyənin Batman vilayətində iki qızın həbsiylə nəticələnən "qızlar davası" olayındakı ifadələr ortaya çıxıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Azadlığa təhdid" və "Silahlı təhdid" əməllərinən həbs olunan şübhəlilər S.K və Z.Y hadisənin necə baş verdiyini və davanın detallarını ifadələrində danışıblar.
S.K ifadəsində Z.Y-ni də təqsirləndirib.
"Əsəb xəstəsi olduğum üçün Z.Y və İ.D məni yoldan çıxartdılar" deyən S.K-nın ifadəsini təqdim edirik:
"İ.D sevgilisi ilə problem yaşamışdı. Mənə zəng etdi. Aralarını düzətməyimi istədi. Mən İ.D-nin sevgilisi ilə danışdım. Aralarını düzəltməyə çalışdım. Oğlan da mənə "İ.D-nin təhir etdiyi sən deyilsən? Onun haqqında niyə bu qədər xoş danışırsan?" dedi. Mən inanmadım. İ.D mənim haqqımda "Ona təcavüz edin, videoya çəkin. Onu rəzil edin. Evlənib, boşanıb, heç nə bilinməz" ifadələrindən ibarət oğlanlara mesajlar yazıbmış. Mən də İ.D-ya zəng etdim, üzr istəmək əvəzinə, kobud danışmağa davam etdi. Mən də Z.Y və H.Ö ilə birlikdə onunla danışmaq üçün ofisinə getdim.
"Burada oğlanlar var, gəlin sizə nə edəcəklərini görərsiniz" dedi. Mən də özümü qorumaq üçün özümlə meyvə bıçağı götürdüm. Ofisə girdikdən sonra "niyə etdin?" deyə soruşdum. "Yaxşı etdim dedi. Bardağındakı mayeni üstümə tökməyə çalışdı. Sonrakı hərəkətlərindən sonra əsəblərimə hakim ola bilmədim, bir şillə atdım.
Bundan sonra hamama getdi. Rəfiqələrim onun paltarını çıxarmağa çalışdılar, icazə vermədim. Zeynəb "üzünü cızaq" dedi. Mən də çantamdakı bıçağı çıxardım, üzünə söykədim. Üzünü cızmadım. Peşmanam".
Oxu24.com
ŞƏRHLƏR