Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22905
az

Quru meyvələrin faydası

18:4517 Yanvar, 2020
749
CƏMİYYƏT
  • A

Soyuq fəsillərdə quru meyvələrə daha çox tələbat olur. Təbii yolla qurudulmuş meyvələrin tərkibində orqanizm üçün vacib maddələr var.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, quru meyvələr nə çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır, çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahat yeyilən olmalıdır. Meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığından xəbər verir. Həmin hal məhsulun keyfiyyətini aşağı salır.

Ərik qurusu həzm probleminə yaxşı təsir edir. Tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngin olan meyvə stressin də qarşısını alır, qan azlığını aradan qaldırır. Eyni zamanda görmə funksiyasını yaxşılaşdırır, immuniteti gücləndirir.

Banan qurusu karbohidratlarla zəngindir və bir çox xəstəliklərin dərmanıdır. Qan təzyiqini aşağı salır, hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini təmin edir, ürək döyüntüsünü normallaşdırır.

Gavalı qurusu da çox xeyirlidir. Tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 üsul

Adamın Darvinə inanmağı gəlir: Görün meymunlar özlərini necə müalicə edirlər
Ölüm üçün bəzənmək: Kosmetik məhsulların həyati təhlükəsi

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO