Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22814
az

Dilgəm Əsgərovun silahı oğlundan müsadirə edildi - RƏSMİ

14:4716 Yanvar, 2020
499
KRİMİNAL
  • A

Daxili İşlər Nazirliyi erməni əsirliyində olan Dilqəm Əsgərovun silahının müsadirə olunması ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:

“Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək, atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izaha olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq, K.Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər”.

“Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası  Şəmkir rayon Polis  Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”,- deyə E.Qasımov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var