Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2268
az

Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları - Siyahı

17:5927 May, 2018
721
CƏMİYYƏT
  • A
 Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır.

Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər Oxu24.com rus KİV-lərə istinadla bu məhsulların siyahısını sizə təqdim edir.

1. Spirtli içkilər

Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır.  

2. Emal olunmuş ət

Sosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.

3. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq)

Hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü kanserogenlərdən biri sayılır.

4. Qaynar çay

Qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır.

5. Qaxsımış qoz-fındıq

Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi