Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
225
az

Aprel döyüşlərinin israilli “qəhrəmanları” - “Harop” və “Spayk”

21:2303 Aprel, 2018
5875
QARABAĞ
  • A
 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən İsrailin kamikadze PUA-ları olan “Harop”lardan istifadə edildi. Nəticədə bir çox vacib hədəflər dəqiqliklə məhv edildi. Düşməni heyrətləndirə biləcək əsas zərbə vasitəsi kimi Silahlı Qüvvələrimiz tərəfindən istifadə edilən “Harop” möcüzəsini işğalçılar uzun müddət unutmayacaqlar.

Məhv edilən hədəflər arasında Ermənistandan işğal altında olan Ağdərə rayonu ərazisinə göndərilən birinci Qarabağ müharibəsi veteranlarından ibarət könüllüləri daşıyan avtobus da yer almaqdadır. 5 erməni hərbçisi dərhal yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Madagizdə iki hərbi hissə qərargahının məhv edilməsi isə “hərbi sənət nümunələrinin incisi” hesab oluna bilər. Nəzərinizə çatdırım ki, bu xəbərlər bir müddət düşmən ordusunun rəhbərliyi tərəfindən ört-basdır edilməyə çalışılsa da, sonunda itkilərini və “Harop” qarşısında gücsüzlüklərinin etiraf etməyə məcbur oldular.


Düşmən “Harop” hücumunu aşkarlayıb radarlarının siqnal yaymaması üçün onları söndürsə belə, sursatın elektron optik sensorları sayəsində PUA hədəfi vizual olaraq izləyir və məhv edir. Əgər hədəf müəyyən olunmazsa, “Harop” avtonom olaraq bazaya qayıdır. Düşmənin HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkir.

Bu yazıda Ordu.az aprel döyüşlərinin israilli “qəhrəmanları” olan “Harop” və “Spayk” barədə məlumat verəcək.

2015-ci ildə “Israel Aerospace Industries” korporasiyasının aerokosmik bölməsi “Harop”un daha kiçik ölçülü əməliyyatlar üçün bir qədər də yığcam versiyasını hazırladı. Təqribi məlumata görə, yeni kiçik dron “Harop”un 1/5 həcmindədir və daha kiçik - 3-4 kiloqramlıq əsas döyüş başlığını daşıyır. Bu sursatlar daha ucuz olmaqla yanaşı, tez-tez nəzərdən itən hədəflərə qarşı effektlidir və zaman məhdudiyyətli əməliyyatlarda geniş istifadəsi nəzərdə tutulur.

“Harop” PUA-dır. Bəzi mütəxəssislər onu “gəzən sursat” da adlandırırlar. “Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” pilotsuz Uçan aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadığı halda dron özü avtomatik olaraq bazaya qayıdır.


Dron hazırlanarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması priorotet olaraq qəbul edilib. Bu cür kiçik ölçülü PUA-lar düşmənin əsas hava hücumundan müdafiə (HHM) sistemlərinə demək olar ki, görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) asanlıqla atəşdən yayına bilir və buna görə də onlar döyüşlərin ilkin artilleriya hazırlığı mərhələsindən başlayaraq istifadə edilirlər. Beləliklə, düşmənin komanda məntəqələrini, radiolokasiya qurğularını, HHM sistemlərini və zenit raket qurğularını yararsız vəziyyətə saldıqdan sonra təyyarələrin düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski ciddi şəkildə azaldığı üçün düşmən ərazisində əməliyyatlara başlayırlar.

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.


“Harop” yerüstü bazadan və dənizdən buraxıla bilməklə yanaşı, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Daha öncə qeyd olunduğu kimi, Haropun iki növ idarəetmə üsulu var: Avtonom və ya bazadan idarəedilmə. “Harop” muxtar idarəetmə rejimində özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər.

Hazırda bu sursatlar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.

Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimiz tərəfindən istifadə edilən və işğalçı ordunun kabusuna çevrilən digər bir yeni silah sistemi “Spayk” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) idi. “Spayk” kompleksi İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. Bu komplekslər 4-cü nəsil daşına bilən, “atdım-unutdum” prinsipinə əsaslanan ən müasir silah sistemlərindən biridir. 2016-cı il məlumatlarına əsasən, “Spayk” ailəsinə aid təqribən 25 min raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.


Raket hədəfi muxtar şəkildə və ya operatorun nişan alması ilə məhv edə bilir. Birinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu nizamlaya bilir. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə peyk və dronlardan əlavə informasiya daxil olmalıdır.

Bu raketlərin ixrac tədarükünün ən bahalı versiyaları 200 min dollardır, bu isə "Javelin"dən 20 % ucuz və ya Rusiya istehsalı TƏİRK-in son modelindən iki dəfə bahadır. "Spayk" kompleksi 1998-ci ildə İsrail ordusunun silahlanmasına qəbul edilib.

Kompleksi müxtəlif silahlı qüvvələr tərəfindən istifadəsinin mümkünlüyünü nəzərə alınmaqla hazırlanır.

"Spayk" tank əleyhinə raket sistemi sursatın muxtar tuşlanması prinsipi ilə çalışır. Raketin özütuşlanan başlığı burun hissədə, onun arxasında bir elektron blok və kumulyativ qurğu, sonra isə uçuş mühərriki yerləşdirilib. TƏİRK-in korpusunun mərkəz hissəsində naviqasiya qurğusu (qiroskop) və akkumlyator batareyası mövcuddur.

Mərkəzi bölmə qatlanan qanadlar ilə təchiz olunub. Bundan sonra partlayıcı və əsas kumulyativ hissə yer alır. Qatlanan sükan pərləri, start mühərriki və fiber-optik lifli kabel sarğısı isə quyruq hissədə yerləşir. Bu komplekslərin 1500 metrdən 25000 metrədək məhvetmə məsafəsinə sahib olmaqla 4 müxtəlif versiyası mövcüddur.


“Spayk-SR” bu ailənin ən qısa məsafəli nümayəndəsidir.

Raket tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən buraxılır. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9,8 kq olan bu raket minimum 50 m, maksimum 1,5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 2016-cı ilin mayında "Rafael" şirkəti bu silahı özünün ilk xarici müştərisinə satdı.

“Spayk-MR” orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isə minimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılar tərəfindən istifadə olunur.

“Spayk-LR” uzun məsafəli versiyadır. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşunları tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırılır. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. Hazırda "Rafael" şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağının mümkün olduğunu iddia edir.

“Spayk-ER” - silahın ekstra-uzun məsafəli versiyası. Həmçinin “NT-Dandy” və ya “NT-D” olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1000 mm-dir.

“Spayk NLOS” ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. “Spayk”ın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran “Spayk NLOS” həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər.


2016-cı ilin aprelində keçirilən hücum əməliyatının gedişində də, əks hücumların dəf edilməsi prosesində də “Spayk” TƏİRK-dən geniş istifadə olundu. Atılan “Spayk-LR” raketləri hədəflərin məhv edilməsində 100 faizlik nəticə göstərdilər. Məhv edilən ağır texnikaların 80 faizi “Spayk” raketlərinin payına düşür. Hazırda bu raketlərin daha uzun mənzilli “Spayk-ER” versiyası da Ordumuzun silahlanmasında yer alır. Bu sinif komplekslər Milli Ordumuzun quru qoşunları ilə bərabər Hərbi Dəniz Qüvvələrimizin silahlanmasında yer alır.

Qoşunlarımızın da silahları barədə işğalçı ordu da yaxşı xatırlayır. 2017-ci ilin mayın 15-də ön xəttdən 8 km aralı məsafədə yerləşdirdikləri “Osa” ZRK 3 nəfərdən ibarət ekipaji ilə birlikdə məhz “Spayk-ER” raketindən açılan sərrast atəş nəticəsində məhv edilib. Bu zərbədən sarsılan işğalçı qüvvələr bütün ağır texnikalarını və zenit raket vasitələrini ön xəttdən daha üzaq məsafələrə çəkməyə məcbur oldu.

Hərbi ekspert Ədalət Verdiyev 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ