Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22418
az

Tanınmış hüquq müdafiəçisinə qoyun başı atdılar + FOTO

17:4909 Yanvar, 2020
805
KRİMİNAL
  • A
Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadəyə qoyun başı atıblar. Bu barədə Oxu.Az-a K.Ağazadənin özü məlumat verib. Onun dediyinə görə, hadisə yanvarın 5-də “Instagram”da status paylaşdıqdan dərhal sonra baş verib. Statusda o, general Qasım Süleymaninin öldürülməsinə görə iranlıların halına acıyan və buna görə sosial şəbəkələrdə İrandakı vəziyyəti fəal şəkildə müzakirə edən azərbaycanlıların bir hissəsinin davranışına münasibət bildirib. Q.Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanında iki avtomobilə edilən hücumu nəticəsində öldürülüb. “Bu ölkədə nə qədər “general” var? Şəhidimizi də belə sevdinizmi? Əsirlikdə olanlarımız üçün də belə ağladınızmı?”, - K.Ağazadə yazıb. Heyvanın kəsilmiş başı K.Ağazadənin evinin qapısına doğru atılıb. “Bunu Qasım Süleymaninin pərəstişkarlarının etdiyinə şübhə edirəm. Çünki sosial şəbəkədəki bu statusla bağlı məni İmam Hüseynin davamçısını təhqir etməkdə ittiham etdilər. Mən Q.Süleymani ilə İmam Hüseynin azərbaycanlı davamçıları arasında nə əlaqə olduğunu başa düşmürəm. Vətəndaşlarımızın dini hisslərini təhqir etməyi ağlıma belə gətirmədiyim halda bu təhqirləri özlərinə götürdülər. İranlı generalın öldürülməsindən çox Azərbaycan üçün daha vacib olan məsələlərdə vətəndaş fəallığının olmaması haqqında danışmışam”, - deyə K.Ağazadə bildirib. Hadisə ilə əlaqədar, hüquq müdafiəçisi şərhlərdə açıq təhdid və təhqirə keçən 300-ə yaxın istifadəçi üçün sosial şəbəkədəki səhifəsinə girişi bloklamalı olub. Bütün bunlar irançı tərəfdarların K.Ağazadəni qorxutmaq istədiyinə inanmağa əsas verir. İndiyə qədər hüquq müdafiəçisi kömək üçün polisə müraciət etməyib. Lakin vəziyyət pisləşsə, o hüquq-mühafizə orqanlarına müraciət edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
Xırdalanda mağazadan 5 noutbuk oğurlandı
Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO